Zabit Səmədovun rəqibi: "Siz rinqdə əsl döyüş görəcəksiniz"

Zabit Səmədovun rəqibi: "Siz rinqdə əsl döyüş görəcəksiniz" "Zabit Səmədov əla döyüşçüdür"
Fərdi
10 Avqust , 2015 12:02
Zabit Səmədovun rəqibi: Siz rinqdə əsl döyüş görəcəksiniz

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanlı K-1 ustası Zabit Səmədovun Qroznıda keçiriləcək turnirdəki rəqibi Dzevad Poturak döyüş haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, Bosniya və Hersoqovinadan olan döyüşçü deyib ki, Z.Səmədovla artıq illərdir ki, bir-birlərini tanıyırlar: "O, əla döyüşçüdür. Ancaq mən Çeçenistana rəqibimi məğlub etmək üçün gedirəm.

Rəqibimə demək istərdim ki, tezliklə görüşəcəyik. Siz rinqdə əsl döyüş görəcəksiniz".

Qeyd edək ki, döyüş avqustun 22-də Çeçenistanın paytaxtı Qroznı şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi