Yuxarı
    Bağlamaq

    ​Zabit Səmədov türk rəqibi üzərində qələbə qazanıb

    Döyüş İstanbulun Sinan Erdem arenasında baş tutub

    Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov ötən gün Türkiyə peşəkar rinqinin əsas döyüşünə çıxıb.

    "Report" xəbər verir ki, türkiyəli idmançı Mert Akın ilə qarşılaşan idmançımız "Sinan Erdem" arenasını qələbə ilə tərk edib.

    Qarşılaşmanın birinci raundu fəal keçib. Hər iki idmançı ilk dəqiqələrdən qələbəyə istəkli olduğunu nümayiş etdirib. İkinci raund ilk hissəyə nisbətən bir qədər zəif təsir bağışlayıb. Görüşün taleyinə aydınlıq gətirəcək üçüncü raund da sönük keçib. Nokaut qeydə alınmayan 3 dəqqənin sonunda qarşılaşmanın qalibi hakimlərin ortaq qərarı ilə Zabit Səmədov olub.

    Döyüşü 15 min tamaşaçı seyr edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi