Zabit Səmədov Qroznıda muay-tay üzrə dünya çempionu titulu uğrunda Katalin Moroşanu ilə döyüşəcək - VİDEO

Zabit Səmədov Qroznıda muay-tay üzrə dünya çempionu titulu uğrunda Katalin Moroşanu ilə döyüşəcək - VİDEO Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidentinin xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək
Fərdi
27 İyul , 2016 11:41
Zabit Səmədov Qroznıda muay-tay üzrə dünya çempionu titulu uğrunda Katalin Moroşanu ilə döyüşəcək - VİDEO

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək.

"Report" xəbər verir ki, turnir avqustun 23-də "Kolizey" idman sarayında keçiriləcək.

"WBC Muay Thai" versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə rəqibim məşhur rumın döyüşçü Katalin Moroşanu olacaq", - deyə Z.Səmədov bildirib.

O, hazırda yarışa ciddi hazırlaşdığını da sözlərinə əlavə edib.

"Hazırda Bolqarıstanda təlim-məşq toplanışındayam. Məşqlər təxminən üç həftə davam edəcək", - deyə idmançı vurğulayıb.

Onu da qeyd edək ki, hazırda Z.Səmədov "Axmat" kikboksinq klubuna rəhbərlik edir.

"Təlim-məşq toplanışında mənimlə klubun turnirdə yarışacaq bütün heyəti məşq edir", - deyə azərbaycanlı döyüşçü bildirib.

Son xəbərlər

Orphus sistemi