Yuxarı
    Bağlamaq

    Zabit Səmədov dünya çempionu olmuş Pol Slovinskini məğlub edib - VİDEO

    İlk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Ramzan Kadırov təbrik edib

    Bakı. 27 dekabr. REPORT.AZ/ Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş Polşa əsilli Avstraliyanı təmsil edən Pol Slovinski üzərdə qələbə qazanıb.

    “Report” xəbər verir ki, ilk olaraq qələbə münasibəti ilə Zabit Səmədovu Rusiya Federasiyası Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov təbrik edib.

    Gecədə ümumilikdə 10 döyüş keçirilib, onlardan 7-si MMA seriyası üzrə, 3-ü K-1 versiyası üzrə.

    Gecənin əsas döyüşü K-1 üzrə keçirilib və revanş anlamı daşıyırdı. Xatırladaq ki, 2007-ci ildə К-1 üzrə Amsterdam Qran-prisində “Mauqli” ləqəbli azərbaycanlı idmançı Slovinski ilə döyüşdə üstünlük əldə edərək onu nokdauna göndərsədə sonda məğlub olmuşdu.

    Bu gün keçirilən döyüşdə isə Z.Səmədov Pol Slovinskidən qələbəni qoparmağı bacardı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi