Yuxarı

Zabit Səmədov britaniyalı rəqibi üzərində qələbə qazanıb - VİDEO

Döyüş “Global Fighting Championship” turnirinin növbəti mərhələsində Dubayda baş tutub

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov bu gün Dubayda Böyük Britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşıb.

"Report" xəbər verir ki, “Global Fighting Championship” turnirinin növbəti mərhələsi çərçivəsində baş tutan döyüş nəticəsində idmançımız arenadan qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu, Zabit Səmədovun peşəkar rinqdə ardıcıl qazandığı 8-ci qələbədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi