Yuxarı
    Bağlamaq

    Yunan tennisçi ömürlük diskvalifikasiya olunub

    Konstantinos Mikos danışılmış oyunlarda müqəssir bilinib© scoopnest.com

    Bakı. 6 may. REPORT.AZ/ Yunan tennisçi Konstantinos Mikos danışılmış oyunların təşkili və bukmeker kontorlarında mərc etmək qadağasını pozduğuna görə ömürlük diskvalifikasiya olunub.

    “Report” xəbər verir ki, bu barədə “Eurosport” məlumat verib.

    Tennisdə Korrupsiyanın Araşdırılması üzrə Komissiyanın məlumatına görə, idmançı həmyerlisi Aleksandros Yakupoviçə 2013-cü ildə keçirilən oyuna və setlərdə lazımi hesaba görə pul ödəyib. Ardınca isə Mikos bukmeker kontorlarında iki əkkauntdan mərcə pul yatırıb.

    Qeyd edək ki, Yakupoviç də tennisdən ömürlük kənarlaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi