Tokio-2020: Yunan-Roma güləşində Karelinə məxsus rekord yenilənib

Tokio-2020: Yunan-Roma güləşində Karelinə məxsus rekord yenilənib Kubalı yunan-Roma güləşçisi Mixain Lopes dördqat olimpiya çempionu adını qazanıb.
Fərdi
2 Avqust , 2021 16:51
Tokio-2020: Yunan-Roma güləşində Karelinə məxsus rekord yenilənib
Mixain Lopes

Kubalı yunan-Roma güləşçisi Mixain Lopes dördqat olimpiya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, 39 yaşlı pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunlarında 130 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Gürcüstan təmsilçisi Yakob Kacayaya qalib gəlib - 5:0. Bürünc medalları isə rusiyalı Sergey Semyonov və türkiyəli Rıza Kayaalp əldə edib.

Qeyd edək ki, Mixain Lopes daha əvvəl Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında da qızıl medala yiyələnib. O, tarixdə ilk dəfə yunan-Roma güləşi üzrə dördqat olimpiya çempionu olub. Lopesdən əvvəl ən titullu "klassik" güləşçi rusiyalı Aleksandr Karelin idi. Karelinin aktivində olimpiadalarda 3 qızıl və 1 gümüş medal var.

Son xəbərlər

Orphus sistemi