Azərbaycan yunan-Roma güləşçiləri medal sayında da Avropa çempionu olub

Azərbaycan yunan-Roma güləşçiləri medal sayında da Avropa çempionu olub Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə ümumi hesabda Avropa çempionu olub
Fərdi
3 Aprel , 2022 22:37
Azərbaycan yunan-Roma güləşçiləri medal sayında da Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə başa çatan Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. 

"Report"un məlumatına görə, Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. 

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib. 

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub. 

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.   

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib. Daha əvvəl sərbəst güləş millisindən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. 

21:07

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə ümumi hesabda Avropa çempionu olub.

"Report"un məlumatına görə, bu, son iki çəki dərəcəsində mübarizə başa çatmamış dəqiqləşib.

Hazırda aktivində 130 xalı olan Aleksandr Tarakanovun baş məşqçi olduğu kollektiv birinci pillədədir və ən yaxın izləyicisi Türkiyəni 1 xal qabaqlayır. Lakin 82 kq çəkidə qardaş ölkənin təmsilçisi bürünc medal görüşünə çıxacaqsa, 97 kq-da heç bir güləşçisi medallar uğrunda mübarizə aparmayacaq. Azərbaycan yığmasından isə müvafiq olaraq, Rafiq Hüseynov final, Murat Lokyayev bürünc medal görüşünü keçirəcək.

Bu isə o deməkdir ki, Azərbaycan ən azı 30 xal (minimum 20 xal 2-ci, minimum 10 xal 5-ci yerə verilir) da əldə edəcək. Beləliklə, bütün rəqibləri üçün əlçatmaz olacaq milli komanda sonda fəxri kürsünün ən yüksək pilləsində yer alacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş yığması da ümumi komanda hesabında Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi