Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb Dünya Kubokuna 12 güləşçi ilə yollanacaq
Fərdi
1593
10 Mart , 2017 12:36
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ Martın 16-da İranın Abadan şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında qonşu ölkəyə 12 güləşçi yollanacaq.

Azərbaycanı Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək. Bundan başqa beynəlxalq dərəcəli hakim Qərib Əliyev görüşləri idarə edəcək. 

Qeyd edək ki, iki gün davam eedəcək yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Azərbaycan milli komandası Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B qrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A qrupunda yarışacaq. 

Son xəbərlər

Orphus sistemi