Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salındı

Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salındı 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb.
Fərdi
16 İyul , 2020 14:14
Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salındı

2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilməsi planlaşdırılan Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb. 

"Report" Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, Seneqal və IOC yarışın 2026-cı ildə keçirilməsinə dair razılığa gəliblər. 

Turnirin vaxtının dəyişdirilməsinin başlıca səbəbi Toki-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasıdır.

Belədə iki yarış arasında az vaxt qalır ki, bu da pandemiyanın yaratdığı böhran vəziyyətində IOC, Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalar üçün əlavə maliyyə vəsaiti tələb edir.

Qeyd edək ki, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. Azərbaycan idmançıları yarışda 7 medal qazanıblar. 

Son xəbərlər

Orphus sistemi