Yeniyetmə cüdoçuların Cənub regional birinciliyinə yekun vurulub

Yeniyetmə cüdoçuların Cənub regional birinciliyinə yekun vurulub Yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar
Fərdi
16 Oktyabr , 2017 17:19
Yeniyetmə cüdoçuların Cənub regional birinciliyinə yekun vurulub
Judo.az

Bakı. 16 oktyabr. REPORT.AZ/ Şirvan şəhərində yeniyetmə cüdoçular arasında Cənub regional birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) “Report”a verilən məlumata görə, yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.

Birinciliyin ikinci günü 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar.

Qaliblərə ACF-nin diplomları və medallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi