Yuxarı

Yeniyetmə cüdoçülar Avropa kuboku yarışlarında daha bir medal qazanıb

Azərbaycan millisi Avropa kubokunu 9 medalla (4 qızıl, 2 gümüş və 3 bürünc) başa vurub

Bakı. 6 mart. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. “Report” xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İmran Yusifov bürünc medal qazanıb.

Cəfər Əkbərli (90 kq) Məhəmməd, Abdullayev (+90 kq) və Fidan Hüseynova (63 kq) turnirdə 5-ci olublar.

Rəşid Qafarlı (90 kq) və Ramil Babayev (+90 kq) isə 7-ci yerlə kifayətlənib.

Bununla da, Azərbaycan millisi Avropa kubokunu 9 medalla (4 qızıl, 2 gümüş və 3 bürünc) başa vurub. Cüdoçularımız komanda hesabında isə ikinci olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi