Tokio-2020 Yay Paralimpiya Oyunlarının məşəli alovlandırılıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarının məşəli alovlandırılıb Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Fərdi
24 Avqust , 2021 17:54
Tokio-2020 Yay Paralimpiya Oyunlarının məşəli alovlandırılıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimi başa çatıb.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov da iştirak ediblər.

Açılış mərasimində əvvəlcə müxtəlif kompozisiyalar icra edilib, daha sonra isə Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

Ardınca ölkələrin paradı baş tutub. Azərbaycan komandası paraddan 4-cü keçib. Paradda Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə, 13 idmançı və nümayəndə heyətinin 7 üzvü olmaqla, 20 nəfər iştirak edib.

Azərbaycanın nümayəndə heyəti parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.

Daha sonra yenidən müxtəlif kompozisiyalar yerinə yetirilib. Sonda isə paralimpiya məşəli alovlandırılıb.

15:00

Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb.

"Report"un məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

Açılışda Azərbaycandan 19 nəfərlik heyət iştirak edir. Nümayəndə heyəti açılış mərasimindəki paradda 4-cü keçəcək. Dövlət bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.

Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq. Azərbaycanın 35 paralimpiyaçısı qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi