Yay Olimpiya Oyunları İndoneziyada keçirilə bilər

Yay Olimpiya Oyunları İndoneziyada keçirilə bilər 2036-cı ildəki Yay Olimpiya və Paralimpiya Oyunları İndoneziyada keçirilə bilər.
Fərdi
9 Avqust , 2022 17:28
Yay Olimpiya Oyunları İndoneziyada keçirilə bilər

2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunları İndoneziyada keçirilə bilər.

"Report" İndoneziya Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, ölkə Olimpiadanın Nusantara şəhərində təşkili üçün namizədliyini irəli sürəcək.

Komitə daha əvvəl 2032-ci ildəki analoji yarışın keçirilməsi məqsədi ilə müraciət etsə də, Avstraliyanın Brisben şəhəri ilə rəqabətdə uduzub.

Qeyd edək ki, İndoneziyada paytaxtın Cakartadan Kalimantana köçürüləcəyi planlaşdırılır. Kalimantan isə Nusantara adlandırılacaq.

Son xəbərlər

Orphus sistemi