Azərbaycan xizəkçisi İlya Kostov ayağından əməliyyat olunub.
Azərbaycan Qış İdman Növləri Federasiyasından "Report"a verilən məlumata görə, İtaliyada baş tutan cərrahi müdaxilə uğurlu alınıb.
Hazırda bərpa prosesi keçən idmançının bu mövsüm təlim-məşq toplanışı və yarışlarda iştirak etməyəcəyi bildirilib.
Qeyd edək ki, İlya Kostovun İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda ayağı sınıb.