Yaponiyadakı cüdo yarışı olimpiadaya görə ləğv olundu

Yaponiyadakı cüdo yarışı olimpiadaya görə ləğv olundu Əvəzində qurum Macarıstan və Qətərdəki Dünya Cüdo Turunun digər mərhələlərini təşkil edəcək
Fərdi
23 Sentyabr , 2020 09:46
Yaponiyadakı cüdo yarışı olimpiadaya görə ləğv olundu

Bu ilin dekabrında Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun mərhələsi - Böyük Dəbilqə yarışı ləğv edilib. 

"Report" Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. 

IJF bəyan edib ki, pandemiya ilə bağlı qeyri-müəyyənlik, eləcə də Yaponiyada Yay Olimpiya Oyunlarının keçirilməsi bu ölkədə idman tədbirlərini planlaşdırarkən xüsusən ehtiyatlı olmağı tələb edir.

Əvəzində qurum Macarıstan və Qətərdəki Dünya Cüdo Turunun digər mərhələlərini təşkil edəcək.  

IJF prezidenti Marius Vizer deyib ki, qurumun ən vacib məqsədi idmanı və idmançıları qorumaqdır: "Onların təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni əsirgəməməyə davam edəcəyik". 

Macarıstanın paytaxtı Budapeştdəki mərhələ oktyabrın ikinci yarısına nəzərdə tutulub. Qətərin paytaxtı Dohadakı turnir isə 2021-ci ilin əvvəlində keçiriləcək.

Yarışlar Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq. Olimpiada 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək. 

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu. Lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.  

Son xəbərlər

Orphus sistemi