Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı

Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı Yaponiya hökumətinin sözçüsü Yosihide Suqa Beynəlxalq Olimpiya Komitəsinin (İOC) nümayəndəsi Dik Paundun koronavirus epidemiyasına görə Tokio Olimpiadasının təxirə salına biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Fərdi
114
27 Fevral , 2020 09:12
Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı

Yaponiya hökumətinin sözçüsü Yosihide Suqa Beynəlxalq Olimpiya Komitəsinin (İOC) nümayəndəsi Dik Paundun koronavirus epidemiyasına görə Tokio Olimpiadasının təxirə salına biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Report"un məlumatına görə, o, Tokio-2020-yə hazırlığın plan üzrə davam etdiyini söyləyib: "İOC Paundun açıqlamalarının rəsmi olmadığını və Olimpiadaya hazırlıqların planlaşdırılmış qaydada davam etdiyini bizə bildirib".

Qeyd edək ki, D.Paund koronavirusa görə olimpiadanın keçirilib-keçirilməməsinə yarışın başlamasına iki ay qalmış qərar veriləcəyini söyləyib. İyulun 24-də start götürəcək Tokio-2020 avqustun 9-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi