Yaponiya idmançılarımız üçün ölkəyə giriş rejimini sadələşdirmək istəyir

Yaponiya idmançılarımız üçün ölkəyə giriş rejimini sadələşdirmək istəyir Yaponiya hakimiyyəti gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunları üçün&iştirakçılara ölkəyə giriş rejimini sadələşdirməyi düşünür.&
Fərdi
207
14 İyul , 2020 09:15
Yaponiya idmançılarımız üçün ölkəyə giriş rejimini sadələşdirmək istəyir

Yaponiya hakimiyyəti gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında iştirakçılar üçün ölkəyə giriş rejimini sadələşdirməyi düşünür. 

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto açıqlama verib. 

Hakimiyyət olimpiadanın başlaması ilə koronavirus pandemiyasının tam bitməyəcəyi ehtimalını nəzərdən keçirir. Bu səbəbdən Yaponiyanın bəzi ölkələrlə əlaqələri hələ də dayandırılılacaq. Ölkə rəhbərliyi epidemioloji vəziyyət Yaponiya tərəfinin meyarlarına cavab verməsə də, xarici idmançıların qəbul olunmasına icazə verməyi planlaşdırır. 

Qeyd edək ki, Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 15 lisenziya qazanıb. 

Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.