Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub

Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri, güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub.
Fərdi
1 Fevral , 2023 23:57
Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub

Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri, güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, MOK-da keçirilən tədbirdə əvvəlcə yubilyarın həyatından və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İsayevin yüksək insani keyfiyyətlərindən danışaraq bildirib: "Hər ikimiz 1997-ci ildə Milli Olimpiya Komitəsinə vitse-prezident seçilmiş və 24 il çiyin-çiyinə idmanın inkişafı üçün çalışmışıq".

Gənclər və idman naziri Fərid Qayıbov İsayevin idman karyerasını bitirdikdən sonra fəaliyyətini bu sahə üzrə davam etdirdiyini, perspektivli güləşçilərin yetişməsində mühüm rol oynadığını və idmanda ədalət prinsiplərinin təbliğini həmişə diqqət mərkəzində saxladığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Rauf Əliyev, Könül Nurullayeva, tanınmış nasir və publisist Xeyrəddin Qoca, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və digərləri çıxış edərək yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzu ediblər.

Sonda çıxış edən X.İsayev göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə MOK-un baş katibi Azər Əliyev, idman federasiyalarının rəhbərləri, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi