Bakı. 01 sentyabr. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı (FIDE World Junior Under-20 Championships 2015) bu gün start götürür.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, dünya çempionatında 40 ölkənin nümayəndəsi iştirak edir.
Çempionat İsveçrə sistemi üzrə keçirilir və gündə bir mərhələ oynanılmaqla 13 raunddan ibarət olacaq. Qaliblər və mükafatçılar topladıqları xalların sayına görə müəyyən olunacaq. Çempionata sentyabrın 15-də yekun vurulacaq.