Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib

Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib Çingiz Hüseynzadə: "Bəzi federasiyalarda gender bərabərliyinə diqqət yetirilmir"
Fərdi
18 Noyabr , 2021 12:49
Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib

Azərbaycan Üzgüçülük Federasiyasında hesabat-seçki konfransı keçirilib.

"Report"un məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə Xanlar Fətiyev yenidən federasiya prezidenti, Elçin Həsənov və Mark Koqanov vitse-prezident, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

İclasda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Ç.Hüseynzadə çıxışında X.Fətiyevə uğurlar arzulayıb: "İnanıram ki, bu idman növünün inkişafına daha da böyük töhfə verəcəksiniz. Bəzi federasiyalarda gender bərabərliyinə diqqət yetirilmir. Gender bərabərliyini nəzərə almağınızı istəyirəm. Beynəlxalq səviyyədə hüquqlar bərabərdir. Bunu nəzərə alacağınıza da inanıram. Üzgüçülük Federasiyasına suya tullanma, sinxron üzgüçülük və s. növlər daxildir. Beynəlxalq federasiyanın adı üzgüçülük deyil. Bizdə Vaterpol Üzgüçülük Federasiyası da yaratmaq olar. Bunu növbəti əsasnamədə nəzərə almaq lazımdır".

Öz növbəsində X.Fətiyev qaldırılan məsələləri mütləq yerinə yetirməyə çalışacaqlarına söz verib: "Biz fikirlərinizi iş planlarımıza daxil edəcəyik. Cənab nazirə və toplantı iştirakçılarına minnətdarlığımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi