Xaçmazda keçirilən region birinciliyinin qalibləri məlum olub

Xaçmazda keçirilən region birinciliyinin qalibləri məlum olub Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə bölgələrdə yeniyetmə cüdoçular arasında keçirilən yarışlar davam edir.
Fərdi
17 Oktyabr , 2019 19:05
Xaçmazda keçirilən region birinciliyinin qalibləri məlum olub

Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə bölgələrdə yeniyetmə cüdoçular arasında keçirilən yarışlar davam edir.

"Report"un məlumatına görə, Göygöl, Naftalan, Mingəçevir, Şamaxıdan sonra növbəti birincilik Xaçmaz şəhərində baş tutub.

"Şimal-Şərq" bölgəsi üzrə çempionatda Qusar, Xaçmaz, Abşeron, Şabran, Xızı, Quba və Siyəzəndən olan 200-ə yaxın idmançı mübarizə aparıb. İki yaş qrupunda keçirilən region birinciliyinin qaliblərinə medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. 

Qaliblərin siyahısı:

U-15
30 kg Xudaverdiyev Kamil
34 kg Əzizov Famil
38 kg Sultanlı Nihad
42 kg Məmmədov Xalid
46 kg İsgəndərzadə Səməd
50 kg Əliyev Nadir
55 kg Səttarov Mehdi
60 kg Vəliyev Rasim
66 kg Mustafayev Əli
73 kg Əliyev Sənan
Qızlar
36 kg Fəttahova Ləman

U-18
46 kg Həsəsnov Emin
50 kg Əliyev Murad
55 kg Əhmədov Qaçay
60 kg Mirzəyev Rauf
66 kg Ramazanov Ərəbxan
73 kg Nuriyev Yaşar
81 kg Abdullayev Camal
90 kg Quliyev Sefa
+90 kg Ömərov İbrahimxəlil

Qızlar
44 kg Quliyeva Təranə
52 kg Quliyeva Nuray

Son xəbərlər

Orphus sistemi