Bakı. 15 noyabr.
"Report" xəbər verir ki, bunu Bakıda təşkil etdiyi mətbuat konfransında Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi deyib.
K.Ridi Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasında əhəmiyyətli qərarların qəbul olunduğunu söyləyib: "Bu, çox məhsuldar tədbir oldu. WADA bir sıra tədbirlər həyata keçirir. Qurum böyük işçi qüvvəsinə malikdir. Onlar təmiz idmanı təşviq edirlər. WADA yalanların qarşısını almağa və idmançıları qorumağa çalışır".
K.Ridi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) işini yüksək qiymətləndirdiklərini söyləyib: "Bir neçə ildir cənab nazir Azad Rəhimovla söhbətlərimiz olur. O da yaxşı bilir ki, Azərbaycanda idmanın yüksək səviyyədə olması üçün Antidopinq Agentliyinin mövcudluğu zəruridir. Yeni yaranan yerli təşkilatın inkişafını görürürük. AMADA-nın cavan direktoru var. Onun da inkişafda rolu olub. Bundan sonra irəliyə baxılmalıdır".
K.Ridinin sözlərinə görə, WADA-nın strukturunda dəyişikliklər olacaq. Qurumun rəhbəri deyib ki, texniki heyət noyabrın 28-də Rusiya Antidopinq Agentliyinə (RUSADA) baş çəkəcək.
O, bir müddət əvvəl Ağ Evdə ABŞ Prezidenti Donald Trapmla görüşünə də toxunub: "Ağ Evdəki görüşdən sonra məlum oldu ki, bizim qərarlara qarşı qərəzli mövqedə olanlar var".