Şəfəq Hüseynli WADA-nın Xüsusi İşçi Qrupunun üzvü seçilib

Şəfəq Hüseynli WADA-nın Xüsusi İşçi Qrupunun üzvü seçilib Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (WADA) Xüsusi İşçi Qrupun üzvü seçilib.
Fərdi
2395
27 Dekabr , 2018 15:42
Şəfəq Hüseynli WADA-nın Xüsusi İşçi Qrupunun üzvü seçilib
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (WADA) Xüsusi İşçi Qrupun üzvü seçilib.

Bu barədə “Report”a AMADA-dan məlumat verilib.

Bildirilir ki, məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupun məqsədi WADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq agentliklərinin qısa və uzunmüddətli proqramlarının effektivliyinə, dünyada dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlərinin verilməsi, metodiki dəstəyin göstərilməsidir.

Xüsusi İşçi Qrupun əsas vəzifələrindən biri noyabrda WADA Təsisçilər Şurasının Bakı toplantısında qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində quruma dəstək göstərməkdir.

Son xəbərlər

Orphus sistemi