Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess" superturnirinə start verilib.
"Report"un Şəmkirə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışdan öncə 31 mart - Azərbaycanlıların Soyqırımı gününün 101-ci ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunub.
Daha sonra rayonun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan təmsilçisi Teymur Rəcəbov və norveçli dünya çempionu Maqnus Karlsen arasındakı görüşdə rəmzi gediş edib.
İlk turda qarşılaşırlar:
Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)
Bütün görüşlər saat 15:00-da başlanıb.
Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.








