Vüqar Həşimovun xatirə turnirinin ilk iştirakçıları açıqlanıb

Vüqar Həşimovun xatirə turnirinin ilk iştirakçıları açıqlanıb Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq turnirin ilk iştirakçıları bəlli olub
Fərdi
22 Noyabr , 2021 14:10
Vüqar Həşimovun xatirə turnirinin ilk iştirakçıları açıqlanıb

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq turnirin ilk iştirakçıları bəlli olub.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dekabrın 17-də start götürəcək yarışda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, həmçinin rusiyalı Sergey Karyakin iştirak edəcək: "Digər qrossmeysterlərin adlarını bir neçə gün ərzində açıqlayacağıq. Onu deyə bilərəm ki, yüksək səviyyəli şahmatçılar olacaqlar. Ola bilsin, Azərbaycandan hansısa gənc və istedadlı şahmatçını da siyahıya əlavə edək".

Məmmədov Teymur Rəcəbovun xatirə turnirinə qatılmayacağını sözlərinə əlavə edib: "O, İddiaçılar Turnirinə hazırlıq dövründə olduğu üçün VII Vüqar Həşimov Memorialında iştirak etməyəcək. Bu dövrün tələbləri başqadır. Rəcəbov bundan əvvəlki İddiaçılar Turnirində pandemiya səbəbindən iştirak etmədi. Özü yarışa qatılmaqdan imtina etmişdi. Daha sonra onun haqlı olduğu üzə çıxdı. FIDE bu incə məqamı nəzərə alaraq, Rəcəbovu seçimsiz növbəti İddiaçılar Turnirinə əlavə edib".

Son xəbərlər

Orphus sistemi