Azərbaycan Voleybol Federasiyasının (AVF) voleybol statistləri üçün keçirdiyi seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.
"Report" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan tədbirdə çıxış edən AVF-nin baş katibi Faiq Orucov belə seminarların tez-tez keçiriləcəyini söyləyərək, voleybol yarışlarında statistik göstəricilərin mühüm əhəmiyyət daşıdığını deyib. Qurum rəsmisi federasiyanın klublara və milli komandalara yerli mütəxəssislərin cəlb olunması istiqamətində də layihələr həyata keçirildiyini bildirib.
Daha sonra seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarda ümumilikdə 25 nəfər iştirak edib. Dörd gün davam edən dərslərdən sonra imtahandan uğurla keçən 12 mütəxəssisə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim edilib.