Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun"

Voleybol Federasiyasının vitse-prezidenti: "Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun" "Çalışırıq işimizi elə quraq, marketinq siyasətini, brendləşməni elə təşkil edək ki, sponsor özü bizimlə işləməkdə maraqlı olsun".
Fərdi
16 Aprel , 2023 13:28
Voleybol Federasiyasının vitse-prezidenti: Çalışırıq işi elə quraq ki, sponsor özü bizimlə əməkdaşlıqda maraqlı olsun

"Çalışırıq işimizi elə quraq, marketinq siyasətini, brendləşməni elə təşkil edək ki, sponsor özü bizimlə işləməkdə maraqlı olsun".

Bunları "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının yeni vitse-prezident Bəhruz Quliyev bu idman növünə sponsorların cəlb olunması barədə danışarkən deyib.

O bildirib ki, artıq bu sistem üzərində iş gedir: "Yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlama verəcəyik".

Federasiya rəsmisi çempionatın yüksək dəstəsində komanda sayının az olduğunu etiraf edib: "Amma Birinci Liqaya baxsaq, görərik ki, həm qadınlar, həm də kişilər arasında kifayət qədər komandalar var. Bu, bizim üçün ümidverici faktdır. Düşünürük ki, Birinci Liqadan müəyyən standartlara cavab verən kollektivləri Super Liqaya çıxara bilərik. Bunun üçün seçim kriteriyaları təyin olunacaq. Həmçinin bir neçə klubun yaradılması da nəzərdə tutulub".

Bəhruz Quliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi