Vladimir Litvintsev: "Əsas vəzifəmi yerinə yetirdim"

Vladimir Litvintsev: "Əsas vəzifəmi yerinə yetirdim" "Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi"
Fərdi
8 Fevral , 2022 13:12
Vladimir Litvintsev: Əsas vəzifəmi yerinə yetirdim

"Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim".

"Report" xəbər verir ki, bunu Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

21 yaşlı idmançı ilk dəfə çıxış etdiyi olimpiadada finala yüksəldiyini xatırladıb: "Buz üzərində sürüşən vaxt ümumilikdə təmiz proqram göstərdim. Əlbəttə buna şad idim".

Qeyd edək ki, Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi