Virtual Azərbaycan Qran-prisinin qalibi məlum oldu - VİDEO

Virtual Azərbaycan Qran-prisinin qalibi məlum oldu - VİDEO Williams pilotu Corc Rassell Formula 1 üzrə virtual Azərbaycan Qran-prisinin qalibi olub.
Fərdi
8 İyun , 2020 01:13
Virtual Azərbaycan Qran-prisinin qalibi məlum oldu - VİDEO

"Williams" pilotu Corc Rassell "Formula 1" üzrə virtual Azərbaycan Qran-prisinin qalibi olub.

"Report"un məlumatına görə, britaniyalı sürücü poul-pozişndə birinci yeri tutduqdan sonra ardıcıl üçüncü dəfə inamlı qələbə qazanıb.

"Red Bull" pilotu Aleksander Albon ikinci, "Mercedes"dən Esteban Qutyerres üçüncü yeri tutub.

"Ferrari" pilotu Şarl Lekler isə bir neçə dəfə qəzaya düşüb və yekunda 14-cü olub. O, ilk belə hadisə ilə 2019-cu il Azərbaycan Qran-prisindəki kimi, eyni döngədə üzləşib. Monakolu sürücü komanda yoldaşı Entso Fittipaldi ilə toqquşub.

Virtual Azərbaycan Qran-prisinin yekunu:

1. Corc Rassell ("Williams")

2. Aleksander Albon ("Red Bull")

3. Esteban Qutyerres ("Mercedes")

4. Lando Norris ("McLaren")

5. Oskar Piastri ("Renault")

6. Pyetro Fittipaldi ("Haas")

7. Nikolas Latifi (""Williams")

8. Bencamin Deli ("McLaren")

9. Entoni Devidson ("Mercedes")

10. Cimmi Brodbent ("Racing Point")

Son xəbərlər

Orphus sistemi