“Vindzor Kral Atçılıq Şousu”: Qarabağ atlarının çıxışı möhtəşəm olub

“Vindzor Kral Atçılıq Şousu”: Qarabağ atlarının çıxışı möhtəşəm olub Böyük Britaniyada Vindzor qəsrinin ərazisindəki ənənəvi “Kral Atçılıq Şousu”nda Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.
Fərdi
146
13 May , 2022 13:46
“Vindzor Kral Atçılıq Şousu”: Qarabağ atlarının çıxışı möhtəşəm olub

Böyük Britaniyada Vindzor qəsrinin ərazisindəki ənənəvi “Kral Atçılıq Şousu”nda Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Azərbaycan Respublikası Atçılıq Federasiya­sından "Report"a verilən məlumata görə, Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqramı tamaşaçılar yüksək rəğbətlə qarşılayıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqi sədaları altında milli rəqslər izləyiciləri valeh edib.

Həftəsonu Azərbaycan heyətinin daha 3 çıxışı nə­zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal­larında və internet platformalarında canlı təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi