Vətən müharibəsinin daha bir iştirakçısı ilə AİJF-də görüş keçirilib

Vətən müharibəsinin daha bir iştirakçısı ilə AİJF-də görüş keçirilib Azərbaycan İdman Jurnalistləri Federasiyasınd Mahal Məmmədovla görüş keçirilib
Fərdi
19 Yanvar , 2021 22:00
Vətən müharibəsinin daha bir iştirakçısı ilə AİJF-də görüş keçirilib

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Mahal Məmmədovla görüş keçirilib.

"Report"un məlumatına görə, Mahal Məmmədovu İdarə Heyəti adından salamlayan AİJF prezidenti Qabil Mehdiyev bildirib ki, Vətən müharibəsində ümumilikdə 5 idman jurnalisti iştirak edib və onların hər biri idman mediasının fəxridir.

AİJF prezidenti torpaqlarımızın azad edilməsi yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə anılacağını qeyd edib.

Görüşdə AİJF-nin vitse-prezidentləri Firuz Abdulla, Mahir Rüstəmli, İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd ediblər və Mahal Məmmədova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Səmimi görüşə görə, federasiya rəhbərliyinə təşəkkürünü bildirən Mahal Məmmədov müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən şərəf duyduğunu bildirib, qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb.

Görüşdə Mahal Məmmədova AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etmiş idman jurnalistləri ilə sayca üçüncü görüşdür. Bundan əvvəl dekabrın 30-da qazi Daşqın Əzizlə, yanvarın 9-da isə Anar Miriyev, Süleyman Vəliyev və Mehman Əşrəfovla görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi