İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə (WCC - World Cycling Centre) yollanan şose velosipedi üzrə Azərbaycanın U-23 yığmasının üzvü, İdman Ustası Ayan Xankişiyeva ilin sonunadək Mərkəzin velosiped komandasının heyətində çıxış edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub.
Müvafiq yoxlamalardan uğurla keçən idmançı artıq peşəkar müqavilə də imzalanıb.
Martın 8-dən etibarən İsveçrədə olan velosipedçi burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq.
Qeyd edək ki, Ayan Xankişiyevanın dünya və Avropa çempionatlarından başqa, bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.