Azərbaycanlı velosipedçi "Tokio-2020" üçün ölkə reytinqinə üç xal qazandırıb

Azərbaycanlı velosipedçi "Tokio-2020" üçün ölkə reytinqinə üç xal qazandırıb Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub.
Fərdi
6 May , 2019 15:16
Azərbaycanlı velosipedçi Tokio-2020 üçün ölkə reytinqinə üç xal qazandırıb

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. 

"Report" xəbər verir ki, 4 mərhələdən ibarət veloturda Azərbaycanın Elit yığma komandasının üzvü Elçin Əsədov da iştirak edib. 

Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan idmançı bununla da ümumi təsnifatda 10-cu yeri tutub. Əsədov ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi