Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
Fərdi
20 Sentyabr , 2024 22:21
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.

"Report"un məlumatına görə, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Yunanıstan - Azərbaycan 2:2
Nikolas Teodoro - Aydın Süleymanlı 1:0
Stamatis Kurkulos - Artidis Rauf Məmmədov - 0:1
İonnis Papaioanu - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Andreas Kelires - Məhəmməd Muradlı 0,5:0,5

Qadınlar isə İsveçrəni məğlub edib.

Qadınlar
İsveçrə - Azərbaycan 0:4
Aleksandra Kostenyuk - Günay Məmmədzadə 0:1
Lena Georgesku - Ülviyyə Fətəliyeva 0:1
Sofiya Xrızlova - Gövhər Beydullayeva 0:1
Mariya Manko - Xanım Balacayeva 0:1

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3

Son xəbərlər

Orphus sistemi