Ümumdünya Qış Universiadası ləğv edilib

Ümumdünya Qış Universiadası ləğv edilib 2021-ci ildə İsveçrənin Luzern şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Qış Universiadası ləğv edilib.
Fərdi
29 Noyabr , 2021 16:55
Ümumdünya Qış Universiadası ləğv edilib

2021-ci ildə İsveçrənin Luzern şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Qış Universiadası ləğv edilib.

"Report"un TASS-a istinadən məlumatına görə, buna koronavirusun yeni növ “Omikron” ştamının ortaya çıxması səbəb olub.

Qərar İsveçrə hakimiyyətinin Afrika ölkələrindən gələn səyahətçilər üçün məcburi 10 günlük karantin tətbiq etmək tələbi ilə bağlıdır.

“Omikron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.

Qeyd edək ki, Ümumdünya Qış Universiadası 11 - 21 dekabrda təşkil olunmalı idi.

Son xəbərlər

Orphus sistemi