Ukraynalı kayakçı 4 il müddətinə diskvalifikasiya olunub

Ukraynalı kayakçı 4 il müddətinə diskvalifikasiya olunub İqor Trunovdan götürülən dopinq-test müsbət nəticə verib
Fərdi
8 Noyabr , 2017 17:00
Ukraynalı kayakçı 4 il müddətinə diskvalifikasiya olunub

Bakı. 8 noyabr. REPORT.AZ/ Beynəlxalq Kanoe Federasiyası (ICF) ukraynalı kayakçı İqor Trunovu cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.

Səbəb bu ilin mayında Portuqaliyada keçirilmiş Dünya Kubokunda Trunovdan götürülmüş dopinq-testin müsbət nəticə verməsidir. Onun qanında yüksək miqdarda testosteron maddəsi aşkarlanıb.

Beləliklə, Trunov və komanda yoldaşları 500 metr məsafəyə 2 və 4 nəfərlə yarışda əldə edilən qızıl medalları geri verməlidirlər. Həmçinin o, 200 metr məsafəyə yarışda qazandığı gümüş medaldan məhrum edilib.

Qeyd edək ki, İqor Trunov 2017-ci il Avropa çempionatının bürünc mükafatçısıdır. O, 2013-cü ildə Rusiyanın Kazan şəhərində təşkil olunmuş Yay Unversiadasında gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi