Azərbaycan millisinin Ukrayna əsilli atleti Anna Skidan bu gün Portuqaliyanın Leyriya şəhərində start götürən atmalar üzrə Avropa Kubokuna gedə bilməyib.
Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Məhərrəm Sultanzadə məlumat verib.
Federasiya rəsmisi çəkicatma növündə çıxış edən 30 yaşlı idmançının Ukraynadakı vəziyyətlə əlaqədar yarışı buraxdığını bildirib: "Onun Avropa Kubokunda iştirakı planlaşdırılırdı. Hətta bileti də alınmışdı".
Sultanzadə Skidanın məşqçisi ilə birlikdə paytaxt Kiyevdə zirzəmidə qaldığını və hazırda durumlarının normal olduğunu söyləyib.
Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.