Ukraynada azərbaycanlıların təşkilatçılığı ilə ölkənin Poltava, Kremençuk, Mirqorod, Kirovoqrad və Novi Sanjarı şəhərlərindən olan 70-ə yaxın yeniyetmə boksçular arasında turnir keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, turnir Poltava vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresi, Poltava şəhər sovetinin və rayon sovetlərinin dəstəyi ilə baş tutub.
Turnirin iki baş hakimindən biri də azərbaycanlı beynəlxalq dərəcəli boks üzrə hakim Emin Mahmudovdur, baş katibi isə Ruslan Mahmudovdur. Bundan başqa turnirin 18 iştirakçısı Emin Mahmudovla yanaşı qardaşları, peşəkar boksçular Ruslan və Elman Mahmudovların yetirmələri olub.
Qaliblər arasında müxtəlif çəki dərəcəsində azərbaycanlılar da var. Bunlar Andrey Mustafayev, Ənvər Musrailov, Ayaz Bakayev və Ruslan Bədəlovdur.