UFC-nin ən yaxşı döyüşçüsü həbs edilib

UFC-nin ən yaxşı döyüşçüsü həbs edilib Orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons ABŞ-ın Las-Veqas şəhərində həbs edilib.
Fərdi
25 Sentyabr , 2021 09:46
UFC-nin ən yaxşı döyüşçüsü həbs edilib

Orta ağır çəkidə keçmiş UFC çempionu Con Cons ABŞ-ın Las-Veqas şəhərində həbs edilib.

"Report" TMZ-yə istinadən xəbər verir ki, 34 yaşlı idmançı ailə-məişət zorakılığında şübhəli bilinir. Məsələnin təfərrüatları açıqlanmayıb.

ABŞ-dan olan idmançı peşəkar karyerası ərzində 28 döyüş keçirib. Cons bu görüşlərin 26-da qələbə qazanıb. Onun passivində cəmi 1 məğlubiyyət var ki, bu da qanunsuz dirsək zərbəsinə görə verilib. Daha bir qarşılaşmanın nəticəsi ilə etibarsız elan edilib.

Qeyd edək ki, Con Cons UFC tarixində ən gənc çempiondur. O, 4 il ərzində titulunu uğurla qoruya bilib.

Son xəbərlər

Orphus sistemi