U-23 Avropa çempionatı: Azərbaycan güləşçisi qızıl medal qazanıb

Fərdi
  • 24 may, 2024
  • 14:44
U-23 Avropa çempionatı: Azərbaycan güləşçisi qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti