Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Fərdi
23 May , 2024 17:34
Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) əvvəlki mərhələdə uduzublar.

Bu gün Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici dueldə məğlub olub.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

Son xəbərlər

Orphus sistemi