Bakı. 23 fevral. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyində ilk günə yekun vurulub.
“Report” xəbər verir ki, respublika birinciliyinin ilk günündə oğlanlarda Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) qızıl medala sahib olublar.
Qızların yarışında isə Ramilə Əliyeva (44 kq), Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Ülviyyə Rəhimli (57 kq), Diana Şoronova (63 kq), Məsməxanım Quliyeva (70 kq), Rəvanə Kərimova (78 kq) və Əminə Hüseynova (+78 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. Qaliblərə medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparır.
Oğlanlar | ||||||||||
55 kq | 60 kq | |||||||||
1. 2. 3. 3. | Balabəy Ağayev Rövşən Əliyev Raşqan Baxşəliyev Nazir Talıbov |
Nefçi Qəbələ Bakı Qəbələ Bakı Judo Club 2012 |
1. 2. 3. 3. | Yaşar Nəcəfov Ruslan Paşayev Əhməd Yusifov Əmrah Səlimli |
Ruslan 93 DİN İC Neftçi DİN İC | |||||
Qızlar | ||||||||||
44 kq | 48 kq | |||||||||
1. 2. 3. 3. | Ramilə Əliyeva Aygün Hacıyeva Şahnaz Əsgərova İlahə İbrahimova |
Atilla Qəbələ UGİSM-2 Sumqayıt İOEUGİM 13 |
1. 2. 3. 3. | Şəfəq Həmidova Fatimə Məmmədli Gülnar Paşayeva Aytac Quluzadə |
Atilla 2 RİOEUGİM UGİSM-1 Sumqayıt Neftçi | |||||
52 kq | 57 kq | |||||||||
1. 2. 3. 3. | Elvira Əsgərova Xumar Əsədova İlahə Əhlimanova Əfsanə Daanova |
Judo Club 2012 Tehsil RİM Gəncə Neftçi UGİSM-1 Sumqayıt |
1. 2. 3. 3. | Ülviyyə Rəhimli Nərgiz Hacıyeva Əsmər Məmmədova Günel Bəkirzadə |
1 RİOEUGİM Judo Club 2012 UGİSM-1 Sumqayıt Atilla | |||||
63 kq | 70 kq | |||||||||
1. 2. 3. 3. | Diana Şoronova Fidan Hüseynova Bəsti Səfərova Fidan Tanrıverdiyeva |
Judo Club 2012 Neftçi Siyezen Neftçi UGİSM-2 Sumqayıt | 1. 2. | Məsməxanım Quliyeva Sevinc Allahverdiyeva | Elxan İ.K Ağdam | |||||
78 kq | +78 kq | |||||||||
1. 2. 3. | Rəvanə Kərimova Aytəkin Paşazadə Əfsanə Soltanova | UGİM 10 Zərdab Şamaxı | 1. 2. 3. | Əminə Hüseynova Sara Cəfərova Nərmin Abdullayeva | Ruslan 93 Şamaxı Judo Club 2012 | |||||