Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazandı

Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazandı Türkmənistan müstəqil ölkə kimi ilk olimpiya medalını qazanıb.
Fərdi
815
27 İyul , 2021 16:34
Türkmənistan tarixində ilk dəfə olimpiya medalı qazandı

Türkmənistan müstəqil ölkə kimi ilk olimpiya medalını qazanıb.

"Report"un məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında ağırlıqqaldıran Polina Quryeva gümüş medala sahib olub. 59 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı qadınların mübarizəsində birdən 96 kq, təkanla 121 kq ağırlıq qaldırıb və iki hərəkətin cəmində 217 kq nəticə göstərib.

Qeyd edək ki, bu çəkidə qızıl medala tayvanlı Qo Sinçjun 236 kq (103+133), bürünc medala isə yaponiyalı Mikiko Ando 214 kq (94+120) yiyələnib.

Son xəbərlər

Orphus sistemi