Yuxarı

Türkiyəli dünya çempionu 41 yaşında vəfat edib

Sinan Şamil Sam Ankarada dəfn olunacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Boks üzrə türkiyəli dünya çempionu Sinan Şamil Sam vəfat edib. "Report"un məlumatına görə, tanınmış idmançı Mərmərə Universitetinin xəstəxanasında qaraciyər xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu ayın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Boksçunun səhhəti ilə Türkiyənin baş naziri Ahmet Davudoğlu da yaxından maraqlanıb. Mərhum Ankarada dəfn olunacaq.

Qeyd edək ki, Sinan Şamil Sam 24 iyun 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində əslən qarslı ailədə anadan olub. O, həvəskar boks üzrə dəfələrlə Türkiyə çempionluğu, 1992-ci ildə gənclər, 1999-cu ildə böyüklər arasında dünya çempionluğu qazanıb. 2000-ci ildən peşəkar boksa keçən Şam keçirdiyi 35 döyüşün 31-dən qalib ayrılıb. Bunların 16-da nokaut qeydə alınıb. "Boğazın Buğası" ləqəbi ilə tanınan boksçu 2004-cü ildə WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə ağır çəkidə qitələrarası dünya çempionu kəmərinə yiyələnib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi