Turab Teymurov: “Bakıda azarkeşlərlə yanaşı “Formula 1” rəsmilərini də maraqlandıran hadisələr olacaq”

Turab Teymurov: “Bakıda azarkeşlərlə yanaşı “Formula 1” rəsmilərini də maraqlandıran hadisələr olacaq” “Bakıda azarkeşlərlə yanaşı “Formula 1” rəsmilərini də maraqlandıran hadisələr olacaq”.
Fərdi
28 Aprel , 2023 14:21
Turab Teymurov: “Bakıda azarkeşlərlə yanaşı “Formula 1” rəsmilərini də maraqlandıran hadisələr olacaq”

“Bakıda azarkeşlərlə yanaşı “Formula 1” rəsmilərini də maraqlandıran hadisələr olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Bakı Şəhər Əməliyyat Halqası şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, bu il Azərbaycan Qran-prisində yeniliklərlə dolu bir ildir: “Biz Qran-pridən öncə ölkəyə rekord sayda azarkeş gələcəyini qeyd etmişdik. Dünən pit-leyndəki yürüşdə də öncəki illərdən daha çox turist olduğuna hər kəs şahidlik etdi. İqtisadi fayda, ölkənin tanıdılması, brendinqi baxımından “Formula 1” yarışları çox mühümdür. Hesab edirəm ki, mövsümün ən maraqlı yarışı Bakıda keçiriləcək. Bunun bir neçə səbəbi var. Belə ki, mövsümün yeni formatda ilk sprint yarışı paytaxtımızda olacaq. Bu, azarkeşlərlə yanaşı “Formula 1” və Beynəlxalq Avtomobil Federasiyasının rəsmilərini də maraqlandıran hadisədir”.

“Red Bull” komandasının rəhbəri Kristian Horner də bu məsələ barədə çox özünəməxsus şəkildə çıxış edib və bildirib ki, sprint yarışları bolidlər üçün riskli olsa da, izləyicilər üçün möhtəşəm şou olacaq. Biz də bu fikirlə razıyıq ki, həqiqətən də azarkeşləri çox maraqlı şou gözləyir. Əyləncə zonamızda da ötən illərlə müqayisədə fərqliliklər var. Uşaqlar üçün fərqli əyləncə zonası və milli guşəmiz fəaliyyət göstərir”, - qurum rəsmisi qeyd edib.

T. Teymurov əlavə edib ki, cümə və şənbə günü keçiriləcək konsert proqramı üçün yeni koteqoriya biletləri satışa çıxarılıb: “Azarkeşlərin istəklərini nəzərə alaraq yeni koteqoriya biletləri satışa çıxarılıb”.

Son xəbərlər

Orphus sistemi