Tokio olimpiadasının məşəl estafeti azarkeşsiz olacaq

Tokio olimpiadasının məşəl estafeti azarkeşsiz olacaq Olimpiya məşəli estafetinin startı martın 25-də Fukusima prefekturasındakı futbol məşq mərkəzində veriləcək
Fərdi
9 Mart , 2021 16:32
Tokio olimpiadasının məşəl estafeti azarkeşsiz olacaq

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəl estafetinin startı azarkeşsiz keçiriləcək.

"Report"un "Yomiuri" nəşrinə istinadən məlumatına görə, səbəb kimi Yaponiya hökumətinin koronavirusa qarşı gücləndirilmiş tədbirlər görməsi göstərilib.

Öncədən tədbirdə dəvətli qonaqlarla birgə 3 000-dək şəxsin iştirakı, bir sıra artistlərin, o cümlədən uşaqların çıxışı planlaşdrılırdı. Lakin infeksiyanın yayılması ilə əlaqədar mərasimin miqyası xeyli qısaldılıb.

Bundan başqa estafet qaçışı zamanı ölkədə gücləndirilmiş profilaktik tədbirlər görüləcək və insanların həddindən artıq toplaşmasının qarşısı alınacaq.

"Kiodo" agentliyi isə "Tokio-2020" Təşkilat Komitəsinin dəvət etdiyi məşhur şəxslərdən ən azı 7-nin naməlum səbəblər üzündən tədbirdə iştirakdan imtina etdiklərini yazıb.

Olimpiya məşəli estafetinin startı martın 25-də Fukusima prefekturasındakı futbol məşq mərkəzində veriləcək. Qaçışın 121 gün çəkəcəyi, məşəlin isə bütün 47 prefekturanın 859 bələdiyyəsindən keçəcəyi gözlənilir. Estafetdə 10 000 nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi