Tokio olimpiadasının iştirakçısı Azərbaycan çempionu olub

Tokio olimpiadasının iştirakçısı Azərbaycan çempionu olub Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.
Fərdi
17 Mart , 2022 00:13
Tokio olimpiadasının iştirakçısı Azərbaycan çempionu olub

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci günündə çoxnövçülük yarışlarında qaliblər müəyyənləşib.

"Report" xəbər verir ki, böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub. Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla başa vurublar.

2007-2009-cu illər təvəllüdlü gənc gimnastların mübarizəsində Mədinə Dəmirova bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Gövhər İbrahimova gümüş, Məryəm Əliyeva isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent) final mərhələsi bu gün baş tutacaq.

Son xəbərlər

Orphus sistemi