Tokio olimpiadasında daha 17 nəfər koronavirusa yoluxub

Tokio olimpiadasında daha 17 nəfər koronavirusa yoluxub Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
Fərdi
2 Avqust , 2021 06:45
Tokio olimpiadasında daha 17 nəfər koronavirusa yoluxub

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

"Report" Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son 24 saat ərzində daha 17 nəfərin testi müsbət çıxıb.

Beləliklə, Tokio olimpiadasında infeksiya aşkarlanan şəxslərin sayı 281-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi