Təşkilat Komitəsi: Tokio olimpiadası yenidən təxirə salınmayacaq

Təşkilat Komitəsi: Tokio olimpiadası yenidən təxirə salınmayacaq Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir
Fərdi
5 Mart , 2021 16:23
Təşkilat Komitəsi: Tokio olimpiadası yenidən təxirə salınmayacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınması mümkün deyil.

"Report"un məlumatına görə, bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto "Kyodo" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu variant, ümumiyyətlə, müzakirə olunmur: "Oyunların yenidən təxirə salınmalı olduğunu deyən insanlar var. Amma məncə, bu, sadəcə mümkünsüzdür. Olimpiadanın bu ilin iyulunda keçirilməsi sonuncu mümkün variantdır".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi